Kukilər və Onların İşləmə Prinsipi

Kukilər, elə kiçik mətn fayllarıdır ki, onlar girdiyiniz saytlardan brauzerinizə göndərilən məlumatları yadda saxlayaraq saytdakı təcrübənizi asanlaşdırmağa xidmət göstərir. Bu fayllar vasitəsilə cihazınızı tanımaq rahatlaşır, üstünlük verdiyiniz seçimlər xatırlanılır və saytdan istifadə bir növ asanlaşmış olur.
Kukilərdə istifadə olunan istifadəçi adı və ya dil seçimi serverin sizə uyğun təcrübə təklif etməsinə dəstək göstərmək üçündür. Həmin sistem oyunçunun daxil olarkən istifadə etdiyi məlumatları dəfələrlə daxil etmək zəhmətindən qaçmaq üçün təkmilləşdirilib. Yaddaşda kifayət qədər az yer tutan kukilərin əsas məqsədi istifadəçi təcrübəsini maksimallaşdırmağa xidmət etməkdir.

Ən Çox İstifadə Edilən Kuki Növləri

Müxtəlif saytlar üzrə istifadə olunan bir neçə kuki növü mövcuddur, aşağıda isə Mostbet-in istifadə etdiyi və ən çox istifadə olunan kuki növləri qeyd edilib: 

  1. Müvəqqəti Kukilər – Sözügedən müvəqqəti kukilər brauzer açılarkən fəaliyyətə başlayır və onun açıq olduğu müddətdə çalışır. Brauzerin istifadəsi bittikdən sonra isə, avtomatik olaraq, silinirlər. Veb-səhifələrdəki əsas funksiyaların çalışmasına xidmət edən bu tip kukilər istifadəçinin şəxsi məlumatlarından uzunmüddətli istifadə etmir və brauzerdən çıxış edib yenidən daxil olmaqla yenilənə bilər. 
  2. Daimi Kukilər – Brauzeriniz bağlandıqdan sonra belə cihazın yaddaşında saxlanılan bu tip kukilər uzunmüddətli xarakter daşıyır və silinməsi manual olaraq həyata keçirilir.  Onlar, əsasən, istifadəçi adı və dil seçimi kimi fundamental məlumatları yadda saxlamaqla kazinoya yenidən qayıdan istifadəçiləri əlavə vaxt itkisindən azad edir. Daimi kukilər istifadəçi rahatlığının təminatçısı kimi çıxış edir və oyunçu təcrübəsinin fərdiləşdirilməsi üçün onlardan istifadə zəruridir.

Kukilərin Faydaları və Funksionallığı

Kukilərin funksionallığı dedikdə, saytların effektiv fəaliyyət göstərməsi üçün tələb olunan kuki keyfiyyətləri başa düşülür. Mostbet-də istifadə olunan daimi və müvəqqəti kukilər istifadəçilərin sayta daxil olarkən istifadə etdiyi məlumatlardan (dil, ad, məkan və s) yararlanaraq onlara uyğun təkliflər və xidmətlər göstərə bilir. 

Məsələn, saytda yeni qeydiyyatdan keçmisinizsə, artıq yeni oyunçu hesab olunursunuz və sistem sizi tanıyır. Bu zaman kazinonun interfeysində, əsasən, yeni oyunçulara xitab edən bonuslar və təkliflər əks olunacaqdır ki, bu da sizin kazinodan maksimum yararlanmağınıza dəstək olur.

Kukilərin faydaları bununla bitmir. Onlar, uzunmüddətli kontekstdə sizlərin oyun vərdişlərinizi özündə toplamaq və sizin üçün istifadə etmək funksiyasına da sahibdir. 

Məsələn, daim slot oyunları oynayan bir oyunçunu kazinodan daha effektiv və əyləncəli istifadə etməsi üçün sistem məşhur və məsləhətli slot oyunlarını onun qarşısına çıxaracaqdır. Bu mexanizm, istifadəçi rahatlığını təmin etməklə yanaşı, sizlərin rifahına xidmət edən fərdiləşdirilmiş bonus və promosiyaların qazanılmasında da mühim çıxış edir.

Kukilərin İdarə Edilməsi Üsulları

Kuki seçimlərinin idarə olunması olduqca asan olub, əksər brauzerlər üzərindən onları idarə edə bilərsiniz. Veb-brauzerinizin “Məxfilik və Təhlükəsizlik” bölməsindən üzərindən aşağıda qeyd olunan əməliyyatları həyata keçirə bilərsiniz: 

  1. Deaktivasiya  – Bu kukilərin yadda saxlanılmasını və məlumatların toplanılmasını saxladan bir seçimdir. Seçdiyiniz təqdirdə, saytda olan bəzi funksiyalardan istifadəniz məhdudlaşdıracaqdır ki, bu da əksər hallarda məsləhət görülmür. 
  2. Təmizləmə – Kukilərin yaddaşda müəyyən qədər həcm tutduğunu nəzərə alaraq onları vaxtaşırı təmizləmək seçiminiz mövcuddur. Bu zaman silinən məlumatları yeniləmək üçün informasiya toplanması yenidən başlayacaq. 
  3. Bloklama – Bu seçim kukilərin fəaliyyətini dayandırmaqla bərabər onların yaratdığı üstünlüklərdən istifadəni də məhdudlaşdırır. Şəxsi məlumatlarınızın məxfiliyinə xüsusi önəm verirsinizsə, bu seçimdən istifadə edə bilərsiniz. 

Məsələn, Google Chrome brauzerində kukiləri bloklamaq üçün “Ayarlar” > “Məxfilik və təhlükəsizlik” > “Kukilər və digər sayt verilənləri” bölməsinə daxil olub, “Bütün kukiləri bloklayın” seçimini seçə bilərsiniz. Ancaq bu halda saytlara təkrar daxil olarkən giriş məlumatlarını yenidən daxil etməyiniz tələb olunacaqdır.